Qarabağda şiddətli döyüşlər başlayıb?-YENİLƏNİB - VIDEO

Müdafiə Nazirliyindən Ermənistana XƏBRDARLIQ

Maide.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.
 
****
 
Musavat.com yerli qaynaqlara əsasən xəbər verir ki, ermənilərlə təmas xəttində şiddətli döyüşlər başlayıb. İlkin məlumata görə, Azərbaycanın erməni işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir. Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar.
 
Sosial şəbəkələrdə də bölgələrdə yaşayan tanınmış fəallar şiddətli atışmaların başlanması barədə statuslar yazırlar.
 
Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur.
 
Musavat.com qeyd edir ki, ötən gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır. (musavat.com)
 

Google+ WhatsApp ok.ru