Rusiyada ilk İslam bankı fəaliyyətə başlayacaq

Rusiyanın məşhur "Sberbank" bankı bu ölkədə ilk İslam bankını açmaq qərarına gəlib.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Sberbank"dan bildiriblər ki, Rusiyanın müsəlmanlar yaşadığı ərazilərdə İslam bankı fəaliyyətə başlayacaq. Sözügedən bank əhalini İslam bankçılığı ilə tanış edəcək.
 
Qeyd edək ki, "Sberbank" Rusiyanın ən böyük banklarından biridir. Bu bankda hesab edirlər ki, İslam bankçılığı  Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalara müqavimət göstərməyin yollarından biridir./
 

Google+ WhatsApp ok.ru