Qazağıstsanda yaşayan azərbaycanlılar Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb.

Qazağıstsanda yaşayan azərbaycanlılar Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb.

Qazağıstsanda yaşayan azərbaycanlılar Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb. 
 
Maide.Az-a daxil olan bəyanatda bildirilir: 
 
Bağışlayan və mehriban Allahın adı ilə
 
"Aldığımız məlumata görə fevral ayının 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, Azərbaycanda və Qazağıstanda möminlər tərəfindən çox sevilən və rəğbət bəslənilən ruhani, Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən qanunsuz olaraq saxlanılıb və onun barəsində həbs qəti-imkan tədbiri çıxarılıb.
 
Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli Qazağıstanda uzun müddət yaşayıb, onu təqvalı, imanlı, dindar və nümunəvi ruhani kimi tanıyırıq. Şeyx Sərdar burada yaşayan  möminlər və azərbaycanlılar tərəfindən çox sevilir. Biz Qazağıstanda yaşayan azərbaycanlılar, Azərbaycanın aidiyyatı dövlət qurumlarına müraciət edərək bildiririk ki, dini mərasimlərin yerinə yetirilməsi ilə bağlı məlum “qanun”un qəbul olunması söz azadlığı və ifadə azadlığına ziddir və biz bu qanunun qəbul olunmasını pisləyirik və belə qanunsuz həbslərə son verməyə çağırırıq. 
 
Əhalisinin böyük bir hissəsi müsəlman olan və hazırda İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanda din aliminin cümə namazı qıldığına görə həbsi yolverilməzdir".

Google+ WhatsApp ok.ru