Qlobal informasiya texnologiyaları bazarının həcmi 12,5 faiz yüksələcək

Qlobal informasiya texnologiyaları bazarının həcmi 12,5 faiz yüksələcək

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna əsasən, yaxın 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12,5 faiz yüksələcək.
 
AZƏRTAC IDC-in rəsmi saytına istinadla xəbər verir ki, cari il informasiya texnologıyaları üzrə məhsul və xidmətlərinin satış həcmi təxminən 2,4 trilyon ABŞ dolları həcmində olacaq və 2020-ci ildə bu göstərici 2,7 trilyon ABŞ dolları təşkil edəcək. Beləliklə, ekspertlər bu bazarın orta illik artım sürətini 3,3 faiz həcmində qiymətləndirirlər.
 
Maliyyə xidmətləri və istehsal sektoru kimi böyük sahələrdə də informasiya texnologıyaları üzrə xərclərin sürətlə artımı proqnozlaşdırılır. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, telekommunikasiya sahəsində xərclərin həcmi ötən illərlə müqayisədə tədricən artacaq. Yaxın 4 ildə informasiya texnologiyaları üzrə həllərinin satış həcminin 33 faizi bank və telekommunikasiya sektorunun payına düşəcək.
 
Ötən ildə qlobal informasiya texnologıyaları üzrə xərclərin 25 faizi istehlak alış-verişinin payına düşüb. Ancaq istifadəçilər kompyuter, planşet və mobil telefon alışına daha az pul xərcləyirlər ki, bu da informasiya texnologiyaları sahəsinə təsir edəcək. Qlobal planşet bazarının sonrakı artımı daha çox korporativ sektordan asılı olacaq.
 
Səhiyyə sahəsində də informasiya texnologıyaları xərcləri sürətlə artacaq. Belə ki, 2015- 2020-ci illərdə bu sahədə ildə orta hesabla 5,7 faiz artım gözlənilir.
 

Google+ WhatsApp ok.ru