Qunduz Talibandan geri alınıb

Əfqanıstanda Talibanın nəzarətinə keçən Qunduz şəhəri keçirilən əməliyyat nəticəsində təkrar təhlükəsizlik qüvvələrinin əlinə keçib

Əfqanıstanda 3 gün öncə Talibanın nəzarəti ələ keçirdiyi Qunduz şəhərinin keçirilən əməliyyat nəticəsində təkrar təhlükəsizlik qüvvələrinin əlinə keçdiyi bildirildi.
 
Maide.az xəbər verir ki, Qunduz polis rəisi general Məhəmməd Qasim Cengelbağ əməliyyatın dünən 23.00 radələrində başladığını və səhər saatlarına kimi davam etdiyini açıqlayıb. 
 
Qasim Qunduz xalqının artıq normal həyatlarına davam etdiyini deyib.
 
Polis İdarəsinin sözçüsü Səid Sərvər Hüseyni də əməliyyatlara havadan ABŞ qüvvələrinin də dəstək verdiyini bildirərək, Qunduzun digər bölgələrinin də tamamilə təşkilatdan təmizləyənə qədər əməliyyatların davam edəcəyini qeyd edib.
 
Taliban sözçüsü Zabihullah Mücahid isə sözügedən açıqlamaları rədd edərək, Qunduzun Qala Zal rayonunun nəzarətini əllərinə keçirdiklərini iddia edib.
 
Yüzlərlə Taliban terrorçusu 3 gün əvvəl Qunduz vilayətinin mərkəzinə 3 istiqamətdən hücum etmiş və şiddətli qarşıdurmalardan sonra şəhərin nəzarətini ələ keçirmişdi.

Google+ WhatsApp ok.ru