Türkiyədə PKK 2 türk zabitini öldürüb

Diyarbəkirin Silvan rayonunda PKK terror təşkilatı üzvləri tərəfindən təşkil olunan silahlı hücum nəticəsində iki türk zabiti şəhid olub.
 
Maide.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bahçelievlər məhəlləsindəki evlərindən vəzifəli olduqları Silvan Jandarm Taktik Alay Komandanlığına getmək üçün çıxan zabitlər Diyarbəkir prospektində avtomobilə mindikləri zaman bir qrup terrorçunun avtomat silahlarla hücumuna məruz qalıb.
 
Ağır yaralanaraq 112 Təcili Xidmət briqadaları tərəfindən Silvan Dövlət Xəstəxanasına aparılan əsgərləri xilas etmək mümkün olmayıb.

Google+ WhatsApp ok.ru