Qurani-Kərimdə xoşbəxtlər

Qurani-Kərimdə xoşbəxtlər

 
Maide.Az Qurani-Kərimdə xoşbəxtlərin xüsusiyyətlərini təqdim edir: 
 
1. Təqvalılar
 
İslam maarifində vacibləri yerinə yetirmək və günahlardan çəkinmək təqva, vacibləri yerinə yetirən və günahlardan çəkinən şəxs isə təqvalı adlanır. 
 
“Qohum-əqrəbaya, yetimlərə və yoxsullara yardım edirlər.” (“Bəqərə”/177.)
 
“Qıtlıq zamanı (Allah yolunda) infaq (yardım) edirlər.” (“Ali-İmran”/134.)
 
“İnsanların müqabilində qəzəblərini udurlar.” (“Ali-İmran”/134.)
 
“Qiyamətdən qorxur və əməllərinə qarşı diqqətlidirlər.” (“Ənbiya”/49.)
 
“Öyüd və nəsihət qəbul edirlər.” (“Bəqərə/66.)
 
“Öz sözlərinə əməl edir, əhd-peymanlarına sadiqdirlər.” (“Tövbə”/7.)
 
“Dünyada fitnə-fəsad törətmirlər.” (“Qəsəs”/83.)
 
“Ölümdən qabaq öz əmlakı üçün vəsiyyət edirlər.” (“Bəqərə”/180.)
 
“Tövbə edirlər və (tövbədən sonra) etdikləri pis işə bir daha qayıtmırlar.” (“Ali-
İmran”/135.)
 
“Namz qılır və Allah yolunda infaq (yardım) edirlər.” (“Bəqərə”/3.)
 
 
 

Google+ WhatsApp ok.ru