Quranın İngilis dilində nadir nüsxəsi hərraca çıxarıldı

Quranın İngilis dilində nadir nüsxəsi hərraca çıxarıldı

Qurani-Kərimin İngilis dilinə tərcümə edilmiş qədim və nadir nüsxəsi internet üzərindən "online" hərraca çıxarılıb. 
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, "JellyFish Tree" hərrac saytının məlumatına görə,  Qurani-Kərimin İngilis dilinə ilk tərcümələrindən biri olan bu qədim və nadir nüsxə 1649-cu ildə Qurani-Kərimin Fransız dilinə André du Raire tərəfindən tərcümə edilmiş nüsxəsi üzərindən İngilis dilinə tərcümə edilib.
 
Cənubi Afrikaya mənsub bu saytın Twitter səhifəsində yazılıb ki, Qurani-Kərimin belə bir tərcümə nüsxəsinin bir də əldə edilməsi ehtimalı çox azdır. Ümidvarıq ki, bu tərcümə Qurana sevgi və marağı olan bir kəsin əlinə çatacaqdır.  
 
Miladın 17-ci əsrinə aid olan bu Quran nüsxəsinin hərracdakı ilkin qiyməti 800 dollar təyin edilib. 
 

Google+ WhatsApp ok.ru