Qızıl Xaç Komitəsi: «Biz deyə bilmərik»

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi aprelin 8-də döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.
 
Açıqlamaya görə, BQXK-nın neytral vasitəçiliyi ilə münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçiriblər. Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.
 
Lent.az-ın xəbərinə görə, döyüş meydanından neçə meyitin götürülməsinə gəlincə, komitədən bildiriblər ki, bu barədə məlumat verə bilməzlər. Onlar bunu neytral vasitəçilər olduqları, əməliyyatı keçirən tərəf olmadıqları ilə izah ediblər.
 
Aprelin 8-i saat 15:00-dan saat 20:00-ə kimi meyitləri götürə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə xüsusi atəşkəs elan edilmişdi. 
 
Aprelin 5-i saat 12:00-dan etibarən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilsə də, tərəflər hələ də bir-birlərini atəşkəsi pozmaqda günahlandırır.azadliq.org/
 

Google+ WhatsApp ok.ru