Rəcəb Tayyip Ərdoğan: “ТUBITAK xarici kəşfiyyata işləyir”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxili düşmən və xarici agentlərin axtarışını davam etdirir. Ötən gün Türkiyə Elmi-Texniki Araşdırmalar Şurasını (ТUBITAK) ölkə rəhbərliyinin danışıqlarının dinlənilməsinin təşkilində ittiham edib.
 
2013-cü ilin dekabrında Türkiyədə korrupsiya əleyhinə geniş əməliyyat keçirilib. Bundan sonra ölkədə polis əməkdaşlarının və KİV rəhbərlərinin saxlanması həyata keçirilir. Onların bir çoxu guya ABŞ-da yaşayan Fətullah Gülənin maliyyələşdirdiyi qeyri-rəsmi “paralel qurum”un təşkilində iştirakda ittiham  olunurlar.
 
Ərdoğanın fikrincə, Gülən Türkiyə hökuməini devirməyə can atır. Ölkə başçısı 2013-cü ilin etirazlarının və KİV-də hökumət üzvləri ilə bağlı kompromatların dərcini məhz onun tərəfdarlarının fəaliyyəti ilə bağlayır.
 
“ТUBITAK-da xərçəng şişi kimi gizli təşkilat yetişib. O, elmi inkişaf etdirməyib, ölkə rəhbərliyinin dinlənilməsi, xarici kəşfiyyata xidmət göstərilməsi məqsədilə xəyanətkar planlar üçün zəmin yaradıb. Bu, təkcə xəyanət deyil, həm də elmə qarşı mənəviyyatsızlıqdır”, - Ərdoğan çərşənbə günü Ankarada alimlərə mükafatların təqdim olunması mərasimində bildirib.
 
O əlavə edib ki, “paralel qurum”un iştirakçıları telefon danışıqlarının şifrələnməsi sistemini özləri hazırlayıblar və özləri də ondan istifadə ediblər. Lakin onun sözlərinə görə, Türkiyə “paralel dövlət”ə qarşı mübarizədə qalib gəlib.
 
Qeyd edək ki, TUBITAK Azərbaycan da daxil olmaqla, bütün türkdilli ölkələrdə elmi layihələr həyata keçirib.

Google+ WhatsApp ok.ru