İrəvan polisi nümayişçiləri güc tətbiq edəcəyi ilə hədələyib

İrəvan polisi aksiya davam edəcəyi təqdirdə güc tətbiq edə biləcəyi barədə kütləvi nümayiş iştirakçılarına xəbərdarlıq edib.
Bu barədə "Novosti Armeniya" məlumat yayıb.
"Polis öz səlahiyyətlərinin icrası zamanı qanun pozucularına qarşı güc və digər vasitələr tətbiq etmək hüququna malkdir", — deyə polis qeyd edib.
Hazırda Ermənistanda minlərlə insan ölkədə elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq nümayiş keçirir. Nümayişçilər Ermənistan prezidenti sarayına doğru hərəkət etsələr də, onların yürüşü polis əməkdaşları tərəfindən dayandırılıb. Nümayişçilər hazırda oturaq aksiya keçirirlər.

Google+ WhatsApp ok.ru