İranda İŞİD-ə qoşulmaq istəyən 20 terrorçu saxlanılıb 10 Noyabr 2015 02:00 Dünya İran sərhəddində Suriya və İraqdakı terror qruplaşmalarına (İŞİD) qoşulmaq istəyən 20 nəfər saxlanılıb. Bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi məlumat verib. M.Ələvi deyib ki, İranın şərqində böyük bir terror şəbəkəsi zərərsizləşdirilib. O həmçinin əlavə edib ki, İranın Gülüstan, Sistan və Bəluçistan, Mazandaran və Tehran əyalətlərində 10 nəfər terror qruplaşma üzvü həbs olunub. M.Ələvi həbs olunanlarla bağlı ətraflı məlumat verməyib. M.Ələvinin sözlərinə görə, Xuzestan əyalətinin Dezful şəhərində baş vermiş terror hadisəsi ilə bağlı 14 nəfər terrorçu saxlanılıb ki, onlardan 8 nəfəri qruplaşmaların rəhbərləridir. Qeyd edək ki, Məhərrəm ayının əvvəlində “Dezful” şəhərində İmam Hüseyn əzadarlarına açılan atəş nəticəsində 2 nəfər həlak olmuşdu, 2 nəfər isə yaralanmışdı. Atəşin naməlum şəxslər tərəfindən açıldığı bildirilirdi. / Teqlər : #İranda İŞİDə qoşulmaq istəyən 20 terrorçu saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstan prezidenti ölkənin cənubunda şiələrin qətlini pisləyib Ayətullah Sistaninin infarkt keçirməsi haqda yayılan xəbərlər təkzib olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO