İranda parlament və İmam Xomeynin hərəminə hücumlar - FOTO - YENİLƏNİB

İranda parlament və İmam Xomeynin hərəminə hücumlar - FOTO - YENİLƏNİB

İranın Tehran şəhər baş prokuroru Abbas Cəfəri Dövlətabadi parlamentin qarşısında baş verən hadisə ilə bağlı  hadisə yerinə gəlib.
 
***
İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bildirilir ki, onlardan biri öldürülüb, biri dərman ataraq intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib. 
 
Bəzi məlumatlara əsasən, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.
Məlumata görə, türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulub.
 
Bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb.
 
Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.
 
Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov" avtomatı və tapança ilə silahlanıblar.
 
Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.
 
İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. 
 
İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.
 
Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: "Bir neçə nəfər yaralandığı barədə məlumatımız var".
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru