Terrorçuların İran parlamentinə hücumu zamanı 7 nəfər həlak olub - FOTO

Terrorçuların İran parlamentinə hücumu zamanı 7 nəfər həlak olub - FOTO

Terrorçuların İran parlamentinə hücumu zamanı 7 nəfər həyatını itirib.
 
Maide.Az İranın "Tasnim" xəbər agenltiyinə istinadən xəbər verir ki, terrorçular parlament binasında 4 nəfəri girov tutub. 
 
Qeyd edək ki, bu gün səhər yerli vaxtla saat 10:30 radələrində eyni anda İmam Xomeyninin hərəmi və İran parlamentinə silahlılar hücum edib.
 
İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb.
 
Bildirilir ki, onlardan biri öldürülüb, biri dərman ataraq intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib. 
 
İran parlamentinə silahlı hücum edən 4 nəfər olub, onlardan biri tutulduğu bildirilir.
 
 

 

Google+ WhatsApp ok.ru