İranda siyasi partiya Ermənistanı işğala son qoymağa çağırıb

İranın Reformist Partiyalar Şurasının Qərbi Azərbaycan bölgəsi üzrə nümayəndəliyi Ermənistanın Qarabağı işğal etməsini pisləyən bəyanat yayıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda qeyd edilir ki, son günlər İslam dünyasının bir parçası olan Azərbaycanın Qarabağ bölgəsində işğalçı Ermənistan ordusu müharibəni alovlandırıb.
 
Bəyanatda vurğulanır ki, işğalçı Ermənistan uzun müddətdir ki, bu bölgədə müharibə şəraiti yaradıb. Amma bu dəfə qardaş Azərbaycan ordusu Qarabağda Ermənistan ordusuna qətiyyətlə cavab verib və işğal edilən bir sıra bölgələri azad edib: “Uzun illərdən sonra həmin bölgələrdə Allahu-əkbər sədası ucaldılıb. Reformist Partiyalar Şurasının Qərbi Azərbaycan bölgəsi üzrə nümayəndəliyi Azərbaycan ordusunun qəhrəmanlığını dəstəkləyir. Elan edir ki, münaqişənin yeganə həll yolu Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş 20 faiz torpaqlarından geri çəkilməsi və münaqişənin danışıqlar yolu ilə həll edilməsidir”. /

Google+ WhatsApp ok.ru