İranda terror aktı törədilib, ölənlər və yaralananlar var

İranda terror aktı törədilib, ölənlər və yaralananlar var

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində terror aktı törədilib.

 

"Report" İran KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Polis İdarəsinin yaxınlığında baş verib.

 

Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

 

Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildirirlər.

Google+ WhatsApp ok.ru