İranın Gülüstan əyalətində ziyarətgahda bomba həyəcanı

İranın Gülüstan əyalətinin Əliabad Kətul bölgəsində Saverkəlatə kəndindəki  ziyarətgahda bomba kəşf olunub və zərərsizləşdirilib.
Maide.az İran televiziyasının rəsmi xəbər sayıtna istinadən məlumat verir ki, bomba ziyarətgahda quraşdırılmış kameralar vasitəsi ilə aşkarlanıb. Bombanı quraşdıran şəxslər ziyarətgahın qazını da açıq qoyublar ki, partlayış nəticəsində xəsarət alanlar daha da çox olsun.  
Hazırda bombanın kim və hansı məqsədlə quraşdırılması araşdırılır.  
İran KİV-lərinin məlumatına görə, bomba il axır çərşənbə günü partladılacaqmış ki, polisin diqqəti nəticəsidə zərərsizləşdirilib. /
 
 

Google+ WhatsApp ok.ru