İranın qərbində iri şist neft yatağı aşkarlanıb

İranın qərbində iri şist neft yatağı aşkarlanıb

Bölgədə həmçinin şist neft qazının mövcudluğu araşdırılır
 
İranın qərbində sənaye hasilatına yararlı olan 2 mlrd. barel həcmində şist neft ehtiyatları tapılıb.
 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti (NİOC) məlumat yayıb.
 
NİOC-un Kəşfiyyat Departamentinin müdir müavini Bəhmən Süleymaninin sözlərinə görə, araşdırmalar əsasında məlum olub ki, Lorestan vilayətində həcmi 2 mlrd. barelə yaxın olan şist neft yataqları kəşf edilib. Bu, yüngül neft növüdür və sənaye potensialına sahib olan ilk neft ehtiyatlarıdır. B.Süleymani həmçinin bölgədə şist neft qazının kəşfiyyatının aparıldığını bildirib. /

Google+ WhatsApp ok.ru