Səudiyyə Ərəbistan İran aviaşirkətinə uçuşları qadağan etdi

Səudiyyə Ərəbistan təhlükəsizlik məsələlərini bəhanə edərək İranın Mahan Air  aviaşirkətinə  bu ölkəyə uçuşlar həyata keçirməyi  qadağan edib.
Maide.az xəbər verir ki,  Səudiyyə Ərəbistan Aviaşirkətinin rəsmisi bazar ertəsi günü elan edib ki,  Mahan Air şirkətinə verilən  lisenziyalar ləğv olunub və bu şirkətə Ərəbistanın hava sərhədlərindən və hava limanlarından istifadə qadağan olunub. 
Ərəbistan rəsmiləri  bu qadağanı Mahan Air şirkətinin beynəlxalq uçuşların təhlükəsizliyinə nəzarət qanunlarının pozulması  ilə əlaqələndirib. /
 

Google+ WhatsApp ok.ru