İran prezidenti Nəcəf və Kərbəlanı `qırmızı xətt” sayır

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli avqustun 26-da qatıldığı bir tədbirdə ölkə prezidenti Həsən Ruhaninin İraqdakı vəziyyətlə bağlı mövqeyindən danışıb.
“Media forum” saytının məlumatına görə, Əbdülrza Rəhmani Fəzli deyib: “Bir gün keçirdiyimiz iclasların birində xəbər gəldi ki, İraqın Nəcəf və Kərbəla şəhərlərinin “İraq-Şam islam dövləti” (İŞİD) adlanan qüvvənin əlinə keçməsi ehtimalı böyükdür.

Həmin iclasda ölkə prezidenti Həsən Ruhani dedi ki, Nəcəf və Kərbəla şəhərləri bizim üçün “qırmızı xətt” sayılır.

Prezident dedi ki, əgər bu şəhərlər İŞİD-çilərin əlinə keçsə, buna qarşı əməliyyata başlanmasına heç bir məhdudiyyət qoyulmayacaq.
Son vaxtlar İŞİD-çilər İraqdakı Kürdüstan muxtariyyətinə hücuma keçəndə kürd rəsmiləri İrana üz tutaraq yardım istədilər. İran İslam Respublikası onlara müəyyən məsləhətlər verməklə yanaşı İraqın Kürdüstan muxtariyyətinin hərbi qüvvələrini gücləndirmək üçün bəzi addımlar da atdı. İranın göstərdiyi həmin yardımlar nəticəsində İraqın bəzi əyalətləri İŞİD-çilərdən qurtuldu və İŞİD geri çəkilməli oldu.
 

Google+ WhatsApp ok.ru