İran Rusiyada turizm nümayəndəliyi açmağı planlaşdırır

İran rusiyalıları ölkənin turizm imkanları ilə tanış etmək və ölkəyə yeni turistləri cəlb etmək məqsədilə tezliklə Rusiyada turizm nümayəndəliyi açmağı planlaşdırır.
 
Bu barədə İranın Turizm və Marketinq İdarəsinin  rəhbəri Səyid Məhəmməd Kazım Holdinasab bildirib.  
 
Tehranda turizm əlaqələrinin inkişafı mövzusunda təşkil olunan toplantıda rusiyalı turizm operatorları qarşısında çıxış edən iranlı məmur 2007-ci ildə Moskvada İran və Rusiya arasında turizm əlaqələrinin inkişafı haqqında imzalanan müqaviləni xatırladaraq Rusiyanın İran üçün perspektivli turizm bazarı olduğunu qeyd edib.    
 
Onun sözlərinə görə, 2013-cü ildə İrana 19 min rusiyalı gəlib, 2014-cü ildə isə bu göstərici 8,5 minədək azalıb.   
 
Holdinasab hesab edir ki, Rusiyadan İrana turist axınının azalmasına səbəb rusiyalıların İran haqqında az məlumatlı olmasıdır.
 
O qeyd edib ki, İran hökuməti  2024-cü ilədək  turizmin inkişafına 25 mlrd dollar vəsait yönəltmək niyyətindədir. “Bu proqram çərçivəsində biz Rusiyada turizm üzrə öz ofisimizi açmaq və  rusiyalıların İran haqqında daha çox məlumatlı olmaları üçün bir sıra tədbirlər keçirmək niyyətindəyik”. 

Google+ WhatsApp ok.ru