İsveçrədə məscidə silahlı hücum olub, yaralananlar var

İsveçrədə məscidə silahlı hücum olub, yaralananlar var

İsveçrənin Sürix şəhərində müsəlman məscidinə silahlı hücum olub.
 
APA-nın məlumatına görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Hadisədən sonra polis ərazini mühasirəyə alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
 
Məlumata görə, maskalı şəxs məscidə daxil olaraq, atəş açmağa başlayıb. Hadisə vaxtı məsciddə onlarla adam olub.
 
Hadisədən sonra məscidin yaxınlığında naməlum şəxsin meyiti tapılıb. Polis iki hadisə arasında birbaşa əlaqənin olduğunu rəsmən təsdiqləməyib və paralel araşdırma aparır.
 

Google+ WhatsApp ok.ru