İran XİN Şuşada məscid təmirinə dair xəbərlərə münasibət bildirib

İran XİN Şuşada məscid təmirinə dair xəbərlərə münasibət bildirib

 
"İran şirkətinin Şuşada məscid təmir etməsinə dair yayılan xəbərləri təsdiqləmirik".
 
APA-nın Tehran müxbiri xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi deyib. 
 
“Bizdə iranlı mühəndislərin Qarabağda olmasına dair məlumat yoxdur, biz bunu təsdiq etmirik”, - deyə o bildirib.
 
B. Qasimi deyib ki, Qafqaz bölgəsində etnik və regional gərginliklər olduğu üçün bəzi KİV mənbəyi məlum olmayan, yalan, əsassız məlumatlar yayır, İran haqqında da bəzən belə məlumatlar yayılır.
 
"İranın Azərbaycan Respublikası, Qarabağ böhranı, eləcə də Ermənistana dair siyasəti  dəyişməyib. Bizim mövqeyimiz sabitdir və bu mövqeni davam etdirəcəyik”, - deyə o qeyd edib.
 
Benyamin Netanyahunun Azərbaycana səfərinə də münasibət bildirən B. Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: “Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər".
 

 

Google+ WhatsApp ok.ru