İran yeni sentrifuqalar istifadəyə verib

İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər  Salehi  deyib ki,  tibb mərkəzlərində istifadə məqsədi ilə yeni sentrifuqalar  istifadəyə vermişik.
 
Maide.az xəbər verir ki, Ə.Ə. Salehi  bug ün  20  fərvərdin (8 və ya 9 aprel) " İranda milli nüvə texnologiyası" günü münasibəti ilə  keçirilən  tədbirdə çıxışında  bildirib ki,  Ərak  ağır su mərkəzi  öz tədqiqat fəaliyyətlərini davam etdirəcək. 
 
Məlumata əsasən,  tədbirdə iki növ “Zunar”  və “Elitra” adlı inkişaf etdirilmiş  yeni  sentrifuqanın təqdimatı olub.    Mərasimdə iki növ  sentrifuqadan başqa  nüvə texnologiyası sahəsində  daha 10 yeni nailiyyətin təqdimatı olub. Təqdimat mərasimində İran prezidenti Həsən Ruhani də iştirak edib.
 
" Zunar  və Elitra adlı inkişaf etdirilmiş  yeni  sentrifuqanın  texnolgiyası  yalnız Amerika və Yaponiyada var və İranlı mütəxəssislər  bu texnologiyanı əldə etməklə üçüncü ölkədir ki, bu növ sentrifuqanı istehsal edir." Bu sözləri İranın Atom Enerji Təşkilatının sədr  müavini ƏliƏsğər  Zarian tədbirdə çıxışında deyib. 
İran heç bir dövlət üçün təhlükəli deyil.  Bunu İran prezidenti Həsən Ruhani  tədbirdəki çıxışında bildirib.
 
"İran başqa dövlətlərə təhlükə yaratmır. Biz balanslaşdırılmış xairici siyasət yürüdür və dünyanın başqa dövlətləri ilə əməkdaşlıq etməyə cəhd göstəririk", - deyə İran prezidenti vurğulayıb. /
 
 
 

Google+ WhatsApp ok.ru