Terrorçu Avropa Parlamentində işləyirmiş

 Brüsseldəki hücumları həyata keçirənlərdən birinin Avropa Parlamentində (AP) işlədiyi ortaya çıxıb.
 
Maide.az xəbər verir ki, AP Məruzəçisi Jaume Duch Guillot açıqlamasında, təcavüzkarın 6 il əvvəl süpürgəçi olaraq bir ay AP-da işlədiyini söyləyib. O, adını çəkmədiyi təcavüzkarın həmin vaxt cinayət qeydiyyatının olmadığını deyib.
 
 Belçika mətbuatı isə o təcavüzkarın 25 yaşlı Najim Laachraoui olduğunu yazıb. Brüssel Hava Limanındakı hücumu həyata keçirən iki terrorçudan biri olan Belçikalı Laachraouinin 130 nəfərin öldüyü Parisi terrorunda istifadə edilən intihar jiletini hazırlayan adam olduğu ehtimal edilir.
 
 Brüsseldə bir metro stansiyası və Brüssel Hava Limanında 22 martda həyata keçirilən hücumlarda 32 nəfər ölmüş, 270 nəfər yaralanmışdı. Hücumların məsuliyyətini İŞİD üzərinə götürmüşdü.

Google+ WhatsApp ok.ru