İraq baş naziri Səudiyyə səfərindən qayıdan Sədrə mesaj göndərib

İraq baş naziri Səudiyyə səfərindən qayıdan Sədrə mesaj göndərib

İraq baş naziri Heydər əl-Abadi ölkə parlamentində əl-Əhrar farsksiyasının sədri Müqtəda Sədrin son günlərdə irəli sürdüyü mühüm və fərqli iddialarla bağlı çıxışlarına münasibət bildirib.
 
Müqtəda Sədrin çağırışı ilə ötən gün Bağdadda və İraqın bir sıra cənub və mərkəz əyalətlərində əl-Əhrar fraksiyasının tərəfdarlarının hökumətə qarşı aksiyası baş tutmuşdu. Səudiyyə səfərindən qayıdan Müqtəda Sədr də ötən gün hökumətə qarşı iddialarını yenidən təkrarladı.
 
O, İŞİD-ə qarşı döyüşən Haşdu-Şabinin ləğv edilməsini, onlardan yalnız inzibati və nizam-intizama riayət edənlərin ölkənin rəsmi silahlı qüvvələrinin sırasına qatılmasının və eləcə də ölkənin sərhəd bölgələrinin Haşdu-Şabi deyil, rəsmi sərhəd qüvvələrinin nəzarətinə verilməsini tələb kimi irəli sürüb.
 
Lakin bu gün İraq baş naziri Səudiyyə səfərindən qayıdan Müqtəda Sədrin iddialarına münasibət bildirərək, cavab verib ki, Haşdu-Şabi dövlətin və mərcəiyyətin nəzarətindədir və o ləğv edilməyəcək.
 
Qeyd edək ki, İraq hökuməti cari ilin əvvəlində Haşdu-Şabini (təxminən 60 min canlı qüvvə) ölkənin silahlı qüvvələrinin sırasına qatmışdı. (islaminsesi) /

Google+ WhatsApp ok.ru