Rusiya Baltik sahilinə 500-dən çox desant çixardı

Rusiya 500-dən çox dəniz desantçısını Baltik sahilinə çıxarıb.
 
ANS PRESS-in məlumatına görə, rus desantı təlimlər çərçivəsində Baltik sahilinə düşüb.
 
Bu haqda Baltika flotu üzrə mətbuat xidmətinin informasiya təminatı bölməsinin böyük zabiti, 3-cü dərəcəli kapitan Andrey Bespalıy xəbər verib.
 
"Toplam olaraq təlimlərdə Baltika flotunun 10-dan çox suüstü gəmi, kater və digər hərbi texnikası iştirak edəcək. Təlimlərə həmçinin təyyarələr və dəniz aviasiyası vertolyotlarının gəmisi cəlb edilib. Sahil qoşunlarının hərbi texnikasının 40-dan çox hərbi texnikası təlimlərdə olacaq”,-deyə Bespalıy bildirib. /

Google+ WhatsApp ok.ru