İraq türkmənlərindən Qarabağa dəstək mesajı - VİDEO

Maide.az xəbər verir ki, İraq türkmənləri istənilən an Azərbaycanın dəvəti ilə Qarabağda vuruşmağa hazır olduqlarını açıqlayıblar. Onlar bildiriblər ki, İraqda savaşmaqla Azərbaycanda savaşmaq eynidir.
 
Bundan əlavə, İraq Türkmənləri Cəbhəsinin rəhbəri, Kərkükün deputatı Ərşət Salihi Azərbaycan prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlayıb. Məktubda deyilir:
 
Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq.
 
Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.
 
Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi".

Google+ WhatsApp ok.ru