Repetitorlar vergini bu qayda ilə verəcək – Şərh 12 İyul 2017 01:00 Elm, Təhsil Repetitorluqla məşğul olan müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun vergi ödəməlidirlər. Bu sözləri Axar.az-a açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. Ekspert bildirib ki, repetitor müəllimlərin vergiyə cəlb olunması Vergi Məcəlləsinə uyğun həyata keçiriləcək: “Həmin müəllimlər vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdırlar. Bu, artıq vergi orqanlarının işidir. Düşünürəm ki, repetitor müəllimlər vaxt itirmədən bu qanunvericilikdə özlərinə aid müddəalarla tanış olmalıdırlar. Bu prosesin həyata keçirilməsi zamanı qazanan Vergilər Nazirliyi və onun simasında dövlətimiz olacaq”. M.Mürşüdlü həmçinin Vergilər Nazirliyinin açıqlamalarında fərdi repetitorluğun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirməsi fikri ilə razılaşmadığını bildirib: “Çünki repetitorluq əlavə bir məşğuliyyətdir. Bu, pedaqoji, sosial fəaliyyətdir. Hər bir müəllimin bu fəaliyyəti göstərmək hüququ var. Əgər müəllim bir müəssisə yaratsa, obyekt açsa, bu obyektə hüquqi şəxs kimi rəhbərlik etsə, buna sahibkarlıq fəaliyyəti demək olar. Müəllimlərin fərdi qaydada repetitorluqla məşğul olması sosial fəaliyyət deməkdir. Müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun olaraq da vergi ödəməlidirlər”. Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi fərdi repetitorluğu fəaliyyəti ilə məşğul olanların yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalı olduğu haqqında məlumat yayıb. / Teqlər : #Repetitorlar vergini bu qayda ilə verəcək – Şərh, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Magistraturada oxuyacaq 2767 oğlana hərbi xidmətdən möhlət hüququ verilir Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Xüsusi istedada malik 1 471 uşaq I sinfə qəbul olunub