Roma Papası : Xristian dünyası artıq yoxdur!..

Roma Papası : Xristian dünyası artıq yoxdur!..

“Xristian dünyası artıq yoxdur!.." 
 
Moderator.az xəbər verir ki, Roma Papası Fransiskin bu gözlənilməz fikrini ingilis katolik qəzeti “The Tablet” sitat gətirib.
 
Papa katoliklərin  Milad bayramı ərəfəsində kardinallarla ənənəvi görüşdə belə deyib:
 
“Xristian dünyası artıq yoxdur!.. Bu gün mədəniyyəti təbliğ edən yalnız biz deyilik, bu məsələdə birinci deyilik və bizə qulaq asmırlar... Xristianlıq, xüsusən də Avropada, eyni zamanda Qərbin əksər hissəsində artıq ortaq həyatımızın əsasını təşkil etmir. Əksinə, çox vaxt rədd edilir, marginallaşdırılır, kənarlaşdırılır və ya bu dinə istehza edilir ”-deyib Katolik Kilsəsinin rəhbəri. 
 
O, meqapolis sakinlərinin öz növbəsində "qeyri-standart yanaşmalar" tələb edən "yeni bir müjdə"yə  ehtiyacı olduğunu vurğulayıb. Papa kardinalları bu yeni yanaşmaları inkişaf etdirməyə, dini həyatdakı yeniliklərdən və dəyişikliklərdən qorxmamağa çağırıb...
 

Google+ WhatsApp ok.ru