Ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı məhkəməsinə aparılarkən - VİDEO

Ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı məhkəməsinə aparılarkən - VİDEO

Xəbər verdiyimiz kimi  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-da saxlanılıb.
 
Maide.Az xəbər verir ki, Şeyx Sərdara qarşı Cinayet Mecellesinin 168-1.3 maddəsi ilə ittiham verilib.
 
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 
 
Əldə etdiyimiz son məlumata görə Şeyx Sərdarı Masallı rayon məhkəməsinə aparıblar. 
 
Şeyx Sərdarın məhkəməyə aparılmasına dair olan videonu təqdim edirik: 

Google+ WhatsApp ok.ru