Rusiyada göyərtəsində 21 nəfər olan gəmi yoxa çıxıb

Rusiyada göyərtəsində 21 nəfər olan gəmi yoxa çıxıb

-- Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib

Rusiyanın Primorsk diyarında balıqçı gəmisi yoxa çıxıb.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər verib.
 
İlkin məlumata əsasən, gəmidə 21 heyət üzvü olub.
 
Gəminin axtarışına sahil mühafizəsinin gəmiləri cəlb edilib.
 
Trend-in məlumatına görə, Hadisə yerinə 2 gəmi və 2 vertolyot göndərilib. Hazırda axtarış ərazisində iki xilasetmə jiletinin tapıldığı deyilir.
 
Göyərtəsində xilasedicilər olan "Be-200" təyyarəsinin Yapon dənizində itən "Vostok" gəmisinin axtarışı aparılan əraziyə uçduğu bildirilir.
 
Mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.
 

 

Google+ WhatsApp ok.ru