Rusiyada helikopter qəzası: ölənlər var

Rusyanın şərqində yerləşən Kamçatka bölgəsində Mİ-2 tipli helikopter qəzaya uğrayıb.  

Axar.az xəbər verir ki, qəza nəticəsində 2 mülki şəxs həlak olub.  Rusiya mətbuatında yer alan məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. Helikopterdə 8 nəfərin olduğu bildirilir.  

Onu da bildirək ki, bəzi mənbələr ölənlərin sayının 5-ə çatdığını iddia edir.  Ria Novosti-nin məlumatına görə, 50-dən çox xilasedivi qəza baş verən yerə ezam olunub./

Google+ WhatsApp ok.ru