Rusiyada ilk dəfə müsəlman xanımlar üçün `mal və xidmətlər` adlı sərgi keçiriləcək

Mayın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində saat 13:00-da müsəlman xanımlar üçün "mal və xidmətlər" adlı sərgi keçiriləcək. 
 
Maide.Az Rusiya saytlarına istinadən yazır ki, bu tip tədbir ilk dəfə təşkil olunur.  
 
Təşkilatçılar bildirirlər ki, bu cür böyük şəhərdə müsəlman xanımlar üçün lazım olan əşyaları və xidməti tapmaq çox çətindir. Həm də, tədbir mübarək Ramazan ayı qabağı keçirilir ki, iştirakçılar onlara lazım olan mallar ilə tanış olsunlar, daha sonra, sual və fikirlərinin firmaların nümayəndələrinə versinlər.  
 
Sərgi sahibləri tədbirə müsəlmanlar üçün xidmət göstərən bütün növ firma və şirkətləri dəvət edirlər.
 
Qeyd edək ki, tədbir yalnız xanımlar üçün təşkil olunacaq. /

Google+ WhatsApp ok.ru