Rusiyada xəstəxanada yanğın olub, 2 nəfər xəsarət alıb, 100 nəfər təxliyə olunub

Rusiyada xəstəxanada yanğın olub, 2 nəfər xəsarət alıb, 100 nəfər təxliyə olunub

Bu gün Rusiyada xəstəxanada baş verib.
 
APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.
 
İlkin məlumata görə, yanğın 10 kv.m sahəni əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər xəstəxanadan 100-ə qədər insan təxliyə olunub. Yanğınsöndürənlər zirzəmidə olan 2 elektriki xilas ediblər. Onlar üçüncü dərəcəli yanıq xəsarəti alıblar və xəstəxanada yerləşdiriliblər. Yanğın 18 dəqiqə ərzində lokallaşdırılıb. Hadisə nəticəsində zirzəmidə olan elektrik qoruyucusuna ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru