Rusiya internetsizlik dövrünə hazırlaşır

Rusiya internetsizlik dövrünə hazırlaşır

Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri German Klimenko bildirib ki, ölkəni tezliklə dünya internetindən məhrum edə bilərlər.
 
Bu barədə "RT" agentliyi yazıb. 
 
Onun sözlərinə görə, Rusiyanın Qərblə münasibətlərini nəzərə alaraq tez bir zamanda rus intenet seqmenti barədə düşünməsi zəruridir.
 
Həmçinin Klimenko onu da vurğulayıb ki, Qərblə münasibət kritik həddə çatarsa ölkədə poçt, telefon və teleqrafın işləməsi davam etməlidir. 
 
Müşavirin fikrincə, bunun üçün kritik infrastuktur, eləcə də domen zonasının surəti məhz Rusiya ərazisində olmalıdır. 
 
Qeyd edək ki, bir neçə ay bundan öncə Rusiya tam olaraq qlobal internetdən uzaqlaşacağını deyib. (faktxeber) /

Google+ WhatsApp ok.ru