Rusiya XİN: Qarabağ münaqişəsinə dair müxtəlif formatlarda təmaslar istisna deyil 09 Noyabr 2017 02:00 Qarabağ xəbərləri -- Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil". Maide.Az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraova bu gün keçirdiyi brifinqdə bildirib. O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünun təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: "Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir". Qed edək ki, Rusiya XİN-dən APA-ya həmsədrlərin bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırdığı bildirilib. Teqlər : #Rusiya XİN: Qarabağ münaqişəsinə dair müxtəlif formatlarda təmaslar istisna deyil, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər mövqelərimizi atəşə tutub KİV: Lavrov Azərbaycan və Ermənistana səfər edəcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni