Rusiya XİN: Suriya dövləti 2014-cü ildə Amerikanın iştirakı ilə bütün kimyəvi silahları ölkədən çıxarıb

Rusiya XİN: Suriya dövləti 2014-cü ildə Amerikanın iştirakı ilə bütün kimyəvi silahları ölkədən çıxarıb

Rusiya Xarici İşlər Nazirliyi Suriya dövlətinə qarşı yönəlmiş ittihamları rədd edən bəyanat yayıb.
 
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Suriya dövlətinin kimyəvi silahdan istifadə etməsi barədə yayılan xəbərlər tamamilə əsassızdır. Suriya dövləti 2014-cü ildə Amerikanın iştirakı ilə ölkədən bütün kimyəvi silahları çıxarıb.
 
Qeyd edək ki, Amerikanın Vitse-prezidenti Mayk Pens rəsmi Dəməşq və Moskvanı kimyəvi silahlarla bağlı razılaşmaya əməl etməməkdə günahlandırıb. Rusiya XİN vitse-prezidentin sözlərini əsassız adlandırıb.  
 
 
Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb
 
“Terrorçuların kimyəvi silahdan istifadə etməsi faktlarının təhrif edilməsi mövcud şəraiti daha da dərinləşdirir” Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb.
Onun sözlərinə əsasən, Rusiya prezidenti Suriya ordusunun kimyəvi silah ehtiyatının olmadığını bildirib.interaz /

Google+ WhatsApp ok.ru