Rusiya XİN rəhbərinin Dağlıq Qarabağla açıqlamaları nə vəd edir? - ekspert rəyi

 Rusiya XİN rəhbəri Ermənistana səfəri çərçivəsində mətbuat konfransı keçirib. Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan Kazan sənədini rədd etməyib".: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.

 

Möğvzu ilə bağlı politoloq Elxan Şahinoğlu sosial şəbəkədə fikirlərini bölüşərkən qeyd edib ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün İrəvanda verdiyi açıqlamalar ondan xəbər verir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur. Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticə bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin İrəvana təzyiq etmək fikri yoxdur. Lavrov İrəvanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib.

 

Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Lavrov daha sonra deyib ki, ATƏT sədri olan Almaniya münaqişənin həllində fəallıq nümayiş etdirməlidir. Almaniya fəallıq nümayiş etdirməlidirsə, onda Rusiyanın təkbaşına vasitəçiliyi nəyə lazımdır? Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur: “Cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır”. Rusiyaya bu lazımdırsa, Azərbaycana lazım deyil. Çünki, işğalçı Ermənistanın daima təzyiq altında saxlanılmasının yolu Azərbaycan ordusunun cəbhə bölgəsindəki üstünlüyündən keçir”. (deyerler.org)

 
 
 

Google+ WhatsApp ok.ru