Səudiyyə şahzadəsindən şok açıqlama!

Milyarder Səudiyyə şahzadəsi müqəddəs İslam dininin Əl-Qaidə, İŞİD, Nusra, Boko Haram və s. ifratçı azğın dəstələr tərəfindən talan edildiyini deyib.
 
Maide.az xəbər verir ki, Səudiyyə şahzadəsi Vəlid bin Talal "Ukkaz" qəzetinə müsahibəsində belə deyib: "Bu gün bu azğın qrupların ən böyük cinayəti İslam dininə verdikləri zərərdir. Onlar bu vəhşi davranışları ilə əslində İslam dinini talayırlar, onu Qərb insanının gözündən salırlar."
 
Şahzadə Talal daha sonra bildirib ki, "Ər-Risalə" adlı televiziya kanalı açıb və bu kanalda ifratçılar, terrorçular tərəfindən imici zədələnən İslam dinini dünyaya çatdıracaqlar.

Google+ WhatsApp ok.ru