Tikritdə kütləvi qəbirlərdə 470 cəsəd aşkarlanıb

İraq KİV-ləri Tikrit şəhərində kütləvi qəbirlərdə 470 cəsədin aşkarlandığını yazırlar.

Maide.az-ın məlumatına görə, İraq rəsmiləri bu cəsədləri bir neçə kütləvi qəbirdən aşkarladıqları barədə açıqlama veriblər. Tikrit şəhəri "Ləbbeyk Ya Rəsulullah" əməliyyatında İŞİD ünsürlərindən azad olunduqdan sonra bir neçə kütləvi qəbirin aşkarlanması ilə mütəxəssis komandalar bu qəbirlərdəki qurbanları müəyyənləşdirmək üçün işə başlayıblar. 

İŞİD terror qruplaşması Tikriti işğal etdiyi müddətdə yüzlərlə insanı qətliam edib. Qətlə yetirilənlərin əksəriyyəti mülki vıtındaşlar olub.

Google+ WhatsApp ok.ru