Səudiyyə Ərəbistanı 25 il fasilədən sonra Bağdadda Səfirliyini açır

Səudiyyə Ərəbistanın İraqın paytaxtı Bağdadda 25 il fasilədən sonra Səfirlik açmaq üçün ilk rəsmi nümayəndə heyətini Bağdada göndərib.
 
Maide.az xəbər verir ki, İraq Məclisindəki Xarici Əlaqələr Komitəsinin sədr müavini Abdulbari Zəbari açıqlamasında, Səudiyyə Ərəbistanı Səfirlik əməkdaşından ibarət rəsmi nümayəndə heyətinin Bağdada gəldiyini deyib: "Mühafizə edilən və hökumət binalarının yerləşdiyi "Yaşıl Bölgə"dəki Səfirliyin yaxın bir neçə gün ərzində rəsmi açılışı olacaq."
 
Zəbari, "Səudiyyə Ərəbistanının Bağdad Səfirliyinin açılışının zaman baxımından terrora qarşı 34 İslam ölkəsinin iştirakı ilə yaradılan koalisiyayla əlaqəsi olmadığını" vurğulayıb.

Google+ WhatsApp ok.ru