Taciklər Həccə yalnız 40 yaşından sonra gedə bilərlər

Tacikistan müsəlmanları bundan sonra həcc ziyarətinə yalnız 40 yaşları tamam olduqdan sonra gedə biləcəklər. Bu sərəncamı ölkə hökuməti yanında Din və milli ənənələr üzrə Komitə verib.
 
Bu barədə jurnalistlərə respublika dini birliklərin nümayəndəsi Hüseyn Şakirov bildirib.
 
“Hökumətin sərəncamı imanlı müsəlmanların haqlarını heç bir halda pozmur və xələl gətirmir, bu sərəncam islamın müqəddəs məkanlarına ilk növbədə yaşlı adamlara səfər etmək imkanı yaradır”, - Şakirov izah edib.
 
Onun sözlərinə görə, son illərdə Səudiyyə Ərəbistanı hakimiyyəti həcc ziyarətinə, o cümlədən də Tacikistan üçün kvotanı ixtisar edir, bu isə yaşlı nəslin əksər nümayəndələri üçün həcc ziyarətini problematik edir.
 
Ötən il 6300 müsəlman həcc ziyarətinə yola düşüb, onların hər biri üçün səfər 3,6 min dollara başa gəlib.
 
Tacikistan hakimiyyəti yaş həddinin artırılmasını bu yerləri bir çox yaşlı insanların ziyarət etməsi üçün imkan yaradacağına ümid edir. oxu.az /
 

Google+ WhatsApp ok.ru