`Sərhədsiz Həkimlər`ə hücuma görə ABŞ-lı general cəzalandırılıb

Əfqanıstanın Gunduz şəhərində «Sərhədsiz həkimlər»n səhvən bombalanmasına görə 16 hərbçi, o cümlədən bir general intizam tənbehi edilib.
 
FaktXeber.com-un Gazeta-ya istinadən verdiyi məlumata görə, bu barədə  ABŞ SQ Mərkəzi Komandanlığının rəhbəri  Cozef Votel bildirib.
 
General urğulayıb ki, hərbçilər hospitalın «Taliban»ın obyekti olduğunu düşünüblər.
 
2015-ci ilin payızında Əfqanıstan prezidenti Əşrəf Hani Əhmədzay Gunduz şəhərində hospitalın gülləbaran edilməsi vəziyyətinin araşdırılması üçün istintaq qrupu yaradılması barədəgöstəriş vermişdi. 
 
Xatırladaq ki, Gunduz şəhərində «Sərhədsiz həkimlər»in hospitanın  ABŞ HHQ tərəfindən aviazərbələrə məruz qalması nəticəsində 42 nəfər həlak olmuşdu.

Google+ WhatsApp ok.ru