Sarkisyanın məxfi çıxışı

Serj Sarkisyanın Çexiyaya səfəri zamanı erməni icması ilə görüşündə səsləndirdiyi fikirlər mətbuata sızıb. 
 
ANS-in məlumatına görə, görüş bir necə ay əvvəl baş tutub. Görüşdə mətbuat nümayəndələri iştirak etməyib. Ancaq prezidentin şəxsi operatoru olub. 
 
Lakin Şuşan Qazaryan adlı jurnalist prezidentin çıxışını əldə edə bilib. O, danışığın mətnini "Arovot"qəzetində dərc edib. Sarkisyan Gömrük İttifaqına üzv olmaq üçün xalqın rəyini nə üçün öyrənməməsi barədə suala cavabında belə deyib. "Mən bir gecədə referendum keçirə bilməzdim". 
 
Jurnalist "bir gecə" sözünü şərh edərək bildirib ki, Sarkisyan faktiki olaraq Ermənistanın Gömrük ittifaqına qoşulması haqqında qərarı bir günə verib. Bu isə o deməkdir ki, Ermənistana güclü təzyiq olub. 
 
Jurnalist Sarkisyanın vəziyyəti belə bir tərzdə təqdim etməsini də mümkün sayır. O, Sarkisyanın bu cavabı ilə erməni cəmiyyətinin təzyiqlərindən yayınmaq və özünə haqq qazandırmaq istədiyini də istisna etməyib.

Google+ WhatsApp ok.ru