`Wall Street`də yenidən aksiyalar başladı

Nyu Yorkda ABŞ və dünyanın fərqli ölkələrindən gələn ətraf mühitin mühafizəsi tərəfdarları ""Wall Street"i işğal et!" hərəkatının fəalları ilə ölkənin maliyyə ürəyi sayılan "Wall Street" yaxınlığında oturaq aksiya həyata keçiriblər.

Nyu Yorkda sentyabrın 23-də "İqlim yürüşü" mitinqinə qatılan 300 min aksiyaçının bir hissəsi "Wall Street"də toplaşıblar.

Nyu Yorkun keçmiş bələdiyyə rəhbəri Maykl Blumberqin sayəsində yatırılan 2011- ci ildə başlamış "Wall Street"i işğal et! hərəkatına dəstək vermək  istəyən ətraf mühitin mühafizəsi tərəfdarları "Broadway" prospektindəki öküz heykəlinin ətrafında bir araya gəldikdən sonra, oturaq aksiyaya başlayıblar. 

Nyu York Polis Departamentinin (NYPD) nümayəndələri, Nyu York Birjasının olduğu  "Wall Street"də təhlükəsizlik tədbirlərini artırılıb, etirazçıların meydana girişinin qarşısını almaq üçün barrikadalar qurulub. Polis tərəfindən qarşısı alınan etirazçılar, öküz heykəlinin yanında oturaq aksiyaya başlayıblar. Polisin müdaxiləsinə etiraz edən bir qrup etirazçının saxlanıldığı bildirilir. Aksiyada istifadə olunan şüarların əksəriyyəti kapitalizmi hədəfə alıb.

"Wall Street" hərəkatı 2011- ci ilin sentyabr ayında kanadalı fəal  Adbusters tərəfindən başladılıb. Sonradan xalq və ictimai hərəkata çevrilən ""Wall Street"i işğal et!" hərəkatı o dövrdəki Nyu York Bələdiyyə rəhbəri Maykl Blumberqin əmri ilə polisin sərt müdaxiləsi ilə dağıdılmışdı. deyerler/

Google+ WhatsApp ok.ru