Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün üç şərt irəli sürüb. 
 
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri, hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bəyan edib.
 
O, bildirib ki, Sarkisyanın rəhbərliyi altında ERP-nin icraedici orqanının iclası başa çatıb.
 
“Toplantıda xarici siyasətlə bağlı məsələlər müzakirə olunub. Prezident Sarkisyan son görüşlərinin və telefon danışıqlarının təfarrüatlarını təqdim edib, həmçinin Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyət  barədə danışıb”, - Şarmazanov deyib.
 
Onun sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb: “insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatlar və Azərbaycanın “DQR”ə qarşı aqressiyaya əl atmayacağı zəmanəti”. /

Google+ WhatsApp ok.ru