Seneqalda `Qurani Kərim` məktəbləri açılacaq

Seneqalda `Qurani Kərim` məktəbləri açılacaq

-- layihənin icrası üçün ehtiyac olan maliyyə büdcəsi təsdiq olunub

Seneqalın Kaffrin bölgəsində hökumət 21 "Qurani Kərim" məktəbi açılması barədə göstəriş verib.
 
Maide.Az "Türkiyə qəzeti"nə istinadən xəbər verir ki, ölkə prezidenti Maki Sall layihənin icrası üçün ehtiyac olan maliyyə büdcəsini təsdiq edib.
 
Kaffrin bölgəsi Akademiyasının rəhbəri Maba Ba bildirib ki, layihə Təməl Təhsilin Keyfiyyətli etmə və Bərabərliyi İnkişaf etdirmə (PAQEEB) adlanır.
 
O, həmin məktəblərin mövcud 18 mədrəsəyə əlavə olaraq və dini təhsili daha keyfiyyətli formaya gətirilməsi məqsədi ilə tikiləcəyini söyləyib.
 
Maba Ba mədrəsə məzunlarının Kaffrinin ən savadlı şəxsləri olduğunu bildirib.

Google+ WhatsApp ok.ru