Yaponiyada 6 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib

Yaponiyada bir neçə həftədir davam edən anomal istilər nəticəsində 6 mindən çox sakin günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
 
Bəzi yerlərdə havanın temperaturu 1976-cı ilin rekord göstəricini - 39 dərəcəni keçib.  
 
Ölənlərin və  xəstəxanalara yerləşdirilənlərin yarısı Böyük Tokio massivinin sakinləridir. Onların əksəriyyətinin təqaüdçü olduğu bildirilir.  
 
Ümumilikdə, Yaponiyada bu il 25 nəfər isti havanın qurbanı olub, 14 min nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. 

Google+ WhatsApp ok.ru