Sionist əsgər fələstinli gənci maşınla əzdi

Qəzza zolağında isə İsrail əsgərləri 2 fələstinlinin yaralanmasına səbəb olub

Maide.az xəbər verir ki, Fələstinin Kalkilya şəhərində İsrail rejimi əsgərləri maşınla fələstinli gənci əzib. Şahidlərin sözlərinə görə, hadisə Qərb İordandakı Kalkilya şəhərinin Azzun kəndinin girişində baş verib. 
 
Digər tərəfdən Qəzza zolağının İsrail sərhədi yaxınlığında mitinq edən fələstinlilərə sionist əsgərlərin həqiqi güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi qeyd olunub. Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudra rejim hərbçilərinin sərhəd bölgəsində aksiya keçirən qəzzalılara həqiqi güllələrdən müdaxilə etməsi nəticəsində 2 nəfərin vurularaq xəsarət aldığını deyib. Kudra, yaralıların hayati təhlükəsinin olmadığını bildirib.

Google+ WhatsApp ok.ru